media-1200x100

Paris-2024: Mariya Stadnik 1/4 finala çıxıb

media-ads_728_90

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“TV1” xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

media-ads_728_90
Paylaş