Paşinyan: Azərbaycanla delimitasiyanın şimaldan cənuba doğru aparılacağı barədə razılaşma var
Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının şimaldan cənuba doğru davam etdirilməsi barədə razılaşma mövcuddur.
‘’TV1’’ “Armenpress”-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
“Bizdə artıq dərc olunmuş razılaşma var ki, delimitasiya şimaldan cənuba aparılacaq. Aydındır ki, delimitasiya olunmuş ərazilərdə sərhəd rəsmiləşdirilməli və bu proses şəffaf şəkildə həyata keçirilməlidir”, – deyə o, qeyd edib.








