media-1200x100

Prezident İlham Əliyev Şahin Bağırovu ordenlə təltif edib

media-ads_728_90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“TV1” xəbər verir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

media-ads_728_90
Paylaş