media-1200x100

“Qarabağ”-“Ludoqorets”oyunlarının hakimləri bəlli oldu

media-ads_728_90

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Bolqarıstan klubu “Ludoqorets”lə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

“TV1” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşmasını isə İtaliyadan olan hakimlər briqadasına həvalə edib:

20:00. “Qarabağ” – “Ludoqorets”

6 avqust. Tofiq Bəhramov adına Respublika Stadionu.

Baş hakim: Urs Schnyder

Baş hakimin köməkçiləri: Marco Zürcher, Benjamin Zürcher

Dördüncü hakim: Sven Wolfensberger

VAR hakimləri: Fedayi San, Johannes von Mandach

(Hakimlər briqadası İsveçrədəndir)

22:00. “Ludoqorets” – “Qarabağ”

13 avqust. Ludoqorets Arena.

Baş hakim: Simone Sozza

Baş hakimin köməkçiləri: Giorgio Peretti, Davide İmperiale

Dördüncü hakim: Matteo Marchetti

VAR hakimləri: Gianluca Aureliano, Marco Serra

(Hakimlər briqadası İtaliyadandır)

Xatırladaq ki, II təsnifat mərhələsində Qurban Qurbanovun yetirmələri Cəbəllütariqin “Linkoln” komandasını, Bolqarıstan təmsilçisi isə Minsk “Dinamo”sunu mübarizədən kənarlaşdırıb.

media-ads_728_90
Paylaş