media-1200x100

“Qarabağ” mövsümə üçüncü dəfə böyük hesablı qələbə ilə başladı

media-ads_728_90

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025-ci il mövsümünə üçüncü dəfə böyük hesablı qələbə ilə başlayıb.

“TV1” Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Araz-Naxçıvan”a 4:1, “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.

Ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyük hesablı qələbə qazanıb.

“Qarabağ” bunu üçüncü dəfə bacarıb. 1993/1994 və 2003/2004-cü il mövsümlərində də oxşar vəziyyət yaşanıb. 2000/2001-ci il mövsümündə “Neftçi” ilk iki oyununda üç və ya daha çox top fərqilə qalib gəlib. Sonuncu belə start isə 2008/2009-cu il mövsümündə gerçəkləşib. On altı il əvvəl “Qəbələ” ilk iki görüşdə böyük hesabla qalib gəlib.

media-ads_728_90
Paylaş