40-dan çox avtobus qəza nəticəsində zədələnib
Qarlı və şaxtalı hava şəraitinin hökm sürməsi səbəbindən Bakı və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol qəzaları nəticəsində zədələnib.
Bu barədə “TV1” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat yayıb.
Bildirilib ki, məhz avtobus sürücülərinin peşəkarlığı sayəsində baş verən qəzalar zamanı sərnişinlər xəsarət almayıb: “Yol hərəkəti iştirakçılarından avtobusların sərnişin daşımasını maneəsiz həyata keçirməsi üçün dəstək göstərmələrini xahiş edirik”.
Qeyd olunub ki, ötən gün qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, avtobus sürücüləri sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması üçün səylə fəaliyyət göstəriblər.