Qazaxda mina partlayıb, 23 yaşlı oğlan xəsarət alıb - YENİLƏNİB
Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 14 oktyabr tarixində mina hadisəsi baş verib.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir.
11:49 —————————————————————————————————————————————
Qazaxda mülki şəxs minaya düşüb.
“TV1” xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.
2001-ci il təvəllüdlü İlkin Sarıyev kənd ərazisində minaya düşərək xəsarət alıb.
İ.Sarıyev xəstəxanaya yerləşdirilib. Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.