Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı yeni səviyyəyə yüksəlib - Yermek Koşerbayev

media-ads_728_90

Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə danışıqlar aparıb.

“TV1” xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Qazaxıstanın xarici işlər naziri Y.Koşerbayev deyib ki, dövlət başçılarının siyasi iradəsi sayəsində son üç il ərzində Qazaxıstan-Azərbaycan münasibətləri qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsinə yüksəlib.

Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektri müzakirə edilib. Xüsusilə iki ölkə arasında siyasi, ticarət-iqtisadi, enerji, tranzit-nəqliyyat, mədəni-humanitar əməkdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib.

media-ads_728_90
Paylaş