media-1200x100

Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub - VİDEO

media-ads_728_90

Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“TV1” xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.

media-ads_728_90
Paylaş