media-1200x100

Qubada qəzada xəsarət alanların son VƏZİYYƏTİ

media-ads_728_90

Qubada baş verən yol qəzaslnda xəsarət alanların sayı 12-yə çatıb.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatınnda bildirilir.

Məlumatda qeyd olunur ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

“29.08.2024-cü il tarixində saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

media-ads_728_90
Paylaş