Qubada sərnişin avtobusu avtomobillə toqquşub - 1 ölü, 12 yaralı
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“TV1” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan apa-ya verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.