media-1200x100

Rəqibi Qaşım Maqomedovdan belə üzr istədi - VİDEO

media-ads_728_90

Cənubi Koreya idmançısı Park Tae-Juna Paris Yay Olimpiya Oyunlarının taekvondo yarışlarının finalında üz-üzə gəldiyi Qaşım Maqomedovdan üzr istəyib.

“TV1”  xəbər verir ki, o, qarşılaşmada zədələnən taekvondoçumuza arxadan endirdiyi zərbəyə görə bu addımı atıb.

Park Tae-Juna ayağından ciddi zədə alaraq yerə yıxılan idmançımızdan buna görə üzrxahlıq edib. Cənubi koreyalı taekvondoçu Q.Maqomedovu qucaqlayaraq ona dəstək göstərib.

Qeyd edək ki, Qaşım Maqomedov finalda Park Tae-Junaya məğlub olaraq gümüş medal qazanıb.

 

media-ads_728_90
Paylaş