media-1200x100

Rəsmi Bakı: Fransanın addımları sülh prosesinə zərbədir, normallaşma prosesini təhlükə altına salır

media-ads_728_90

Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımları sülh prosesinə zərbədir.

“TV1” xəbər verir ki, bu barədə XİN-in məlumatında bildirilib.

“Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon bu gün Xarici İşlər Nazirliyinə çağırılıb.

media-ads_728_90
Paylaş