Rəsmi Bakıdan beynəlxalq ictimaiyyətə MÜRACİƏT - mina təhlükəsi...
Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.
“TV1” xəbər verir ki, bu barədə XİN-in paylaşımında bildirilir.
Məlumatda qeyd olunur ki, bu gün biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri ANAMA əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıb.
“2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq”, – deyə məlumatda deyilir.
Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.