Şahin Mustafayevin Ermənistana səfəri çox mühüm hadisədir - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərinin çox mühüm bir hadisə olduğunu bildirib.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə brifinqdə danışıb.
“İki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesi məntiqi çərçivəsində tarixi hesab edirəm. Bu mərhələyə çatdığımız üçün çox şadam”, – deyə o bildirib.
N.Paşinyan bildirib ki, normal və uzunmüddətli perspektivdə mehriban qonşuluq münasibətləri qurulmalıdır.








