Saray qəsəbəsində yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB
Saray qəsəbəsində yaşayış binasında yanğın söndürülüb.
“TV1” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
12:48 —————————————————————————————————————————————
Abşeron rayonunun Saray qəsəbəsində yaşayış binası yanır.
“TV1” xəbər verir ki, yanğın qəsəbədəki “Saray” MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunub.