Səhiyyə Nazirliyi: Qan verən donorların sayı 1701 nəfərə çatıb

media-ads_728_90

Aşura Günü çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında vətəndaşların fəallığı günün növbəti saatlarında daha da artıb.

“TV1” xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən xəbərə görə, saat 12:00-a olan məlumata əsasən, qan verən donorların sayı 1701 nəfərə çatıb. Toplanmış qanın həcmi isə 765,45 litr təşkil edib.

media-ads_728_90
Paylaş