media-1200x100

Şəmkirdə 8 otaqlı ev yanıb

media-ads_728_90

Şəmkirdə yanğın hadisəsi baş verib.

“TV1” xəbər verir ki, hadisə Şəmkir şəhərində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Ümumi sahəsi 280 kv.m yaxın olan 2 mərtəbəli 8 otaqlı evdə anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı 2 mərtəbəli evin yanar konstruksiyaları 250 kv.m.sahədə əşyaları ilə birlikdə yanıb.

Evin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

media-ads_728_90
Paylaş