Şəmkirdə yaşayış evində partlayış olub, xəsarət alanlar var

media-ads_728_90

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış baş verib.

“TV1” xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində yaşayış evində qeydə alınıb.

Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Dərhal əraziyə FHN-nin Şəmkir Rayon Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub.

Ərazidə yanğın baş verməməsi üçün təhlükəsizlik tədbirləri görülüb.

media-ads_728_90
Paylaş