Sülhün möhkəmləndirilməsi Cənubi Qafqazın çiçəklənməsinə yeni təkan verəcək - Britaniya səfiri
“Sülhün möhkəmləndirilməsi və münasibətlərin inkişafı Cənubi Qafqazın çiçəklənməsinə yeni təkan verəcək”.
“TV1” xəbər verir ki, bu fikri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld səsləndirib.
Britaniyalı diplomat sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşündən kadrlar paylaşıb.
“Nazir Stiven Dauti və Azərbaycan Prezidenti İlham Əliyev möhtəşəm görüş keçiriblər. Biz Böyük Britaniya və Azərbaycan arasında ticarət və investisiyalardan təhlükəsizlik, enerji, iqlim dəyişikliyi və təhsilə qədər geniş tərəfdaşlıq əlaqələri ilə fəxr edirik”, – deyə F.Auld qeyd edib.
Nazir @SDoughtyMP ilə birlikdə Zati-aliləri @presidentaz ilə möhtəşəm bir görüş.
Ticarət & investisiya, təhlükəsizlik, iqlim dəyişikliyi, enerji və təhsil daxil olmaqla, geniş 🇬🇧-🇦🇿 tərəfdaşlığı ilə fəxr edirik.
Sülh və qarşılıqlı əlaqələrin inkişafı bu regionu formalaşdıracaq. pic.twitter.com/qvrXDu4QZC— FergusAuldFCDO (@FergusAuldFCDO) August 26, 2025