media-1200x100

Sumqayıtda dəmir parçasıyla döyülən qadın ölüb

media-ads_728_90

Sumqayıtda qonşular arasında mübahisə zamanı dəmir parçasıyla döyülən qadın ölüb.

“TV1” xəbər verir ki, hadisə 5 yanvar tarixində şəhərin Xəzər bağlarında qeydə alınıb.

1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu,1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.

Qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsində müalicə alan Mehparə Ələkbərova bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır. /apa/

media-ads_728_90
Paylaş