Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü tapılıb
Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız uşağı dölü aşkarlanıb.
“TV1” xəbər verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Döl aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /report/