Sumqayıtda zavodda YANĞIN
Sumqayıt şəhərində yerləşən zavodlardan birinin həyətində yanğın baş verib.
“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.