Taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbi AÇIQLANDI

media-ads_728_90

Azərbaycan Mərkəzi Bankı (AMB) taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb.

“TV1” xəbər verir ki, AMB-nin baş direktoru Vüsal Qurbanov bu gün “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına dair mətbuat konfransında bildirib ki, taksilərin icbari sığortası üzrə əmsalın 50% artırılması bu nəqliyyat vasitələrinin zərərliliyinin yüksək olması ilə bağlıdır.

“Digər seqmentlərdən fərqli olaraq taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin qət etdiyi məsafə yüksəkdir. Yəni qəza etmək sıxılığı yüksəkdir. Bununla belə, əmsalların artırılması zərərliliyi müəyyən qədər kompensasiya edir, tam qarşılamır” – deyə V.Qurbanov əlavə edib.

Qeyd edək ki, 2025-ci il üzrə icbari avtosığorta üzrə zərərlilik 74%-dən 85%-ə yüksəlib.

media-ads_728_90
Paylaş