Təyyarə qəzasında həlak olanlardan 7-nin şəxsiyyəti müəyyənləşib - RƏSMİ
Aktauda təyyarə qəzasında həlak olanlardan 7 nəfərinin şəxsiyyəti müəyyənləşib.
Bu barədə “TV1” -ə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, həlak olan 38 nəfərin meyiti Tibbi Ekspertiza Mərkəzinə aparılıb, onlardan 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvləridir.
Qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlərə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyasının 306 nəfər şəxsi heyəti, 101 ədəd texnikası, iki ədəd hava gəmisi, 6 kinoloji qrupu və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
https://www.youtube.com/watch?v=BMASuqQhMTQ