Türkiyə Prezidenti Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“TV1” xəbər verir ki, Türkiyə liderinin “X” hesabındakı paylaşımında deyilir:
“Dostumuz, qardaşımız, tale ortağımız Can Azərbaycanın 9 Noyabr – Dövlət Bayrağı Gününü təbrik edir, əziz qardaşım, Prezident İlham Əliyevin timsalında Azərbaycan xalqına salam və məhəbbətimi göndərirəm”.