Ünal Üstel: Kipr adasında iki ayrı xalqın və demokratiyanın mövcudluğu reallıqdır və bu həqiqət qəbul edilməlidir

media-ads_728_90

Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram. Bu tədbirin keçirilməsi üçün şərait yaradan hər kəsə təşəkkür edirəm. Burada ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq.

“TV1” xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransı zamanı söyləyib.

Baş nazir qeyd edib ki, hazırkı dövrdə Türk dünyası hər zamankından daha güclüdür.

“Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında təkcə diplomatik münasibətlər deyil, eyni millətin fərqli coğrafiyalarda yaşayan övladlarının qardaşlığına, ortaq dəyərlərə və gələcəyə olan inama söykənən könül bağı mövcuddur. Mədəniyyət xalqları bir-birinə bağlayan ən möhkəm körpüdür. Kipr adasında iki ayrı xalqın və demokratiyanın mövcudluğu reallıqdır və bu həqiqət qəbul edilməlidir. Şimali Kipr Türk Respublikası illərdir öz demokratik dəyərlərinə sahib çıxır. Bu baxımdan Azərbaycanın nümayiş etdirdiyi güclü dəstək bizim üçün son dərəcə dəyərlidir. Azərbaycan hər zaman haqlı davamızda yanımızda olub və biz bu dostluğu heç vaxt unutmayacağıq” – deyə Ünal Üstel əlavə edib.

Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edən Baş nazir deyib: “15 İyun yalnız təqvimdə qeyd olunan tarix deyil, Azərbaycanın birlik və həmrəyliyinin, müstəqilliyinin və gücünün təcəssümüdür. Azərbaycanın sevincini öz sevincimiz, uğurlarını isə öz uğurlarımız kimi qəbul edirik. Arzu edirəm ki, ölkənizdə birlik və bərabərlik daim möhkəm olsun”.

media-ads_728_90
Paylaş