Uraloğlu: BTQ dəmir yolu xətti iştirakçı ölkələrin rifahına ciddi töhfə verəcək
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istismara verilməsi iştirakçı ölkələrin rifahına ciddi töhfə verəcək.
“TV1” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, layihə Türkiyə, Azərbaycan və Gürcüstan liderlərinin ortaya qoyduğu iradə ilə həyata keçirilib.
O qeyd edib ki, dünyada dəniz yolu dəhlizlərinin son zamanlarda üzləşdiyi sıxıntıları nəzərə alsaq, Orta Dəhlizin nə qədər qiymətli olduğunu daha yaxşı anlamaq olur.








