Vladimir Putin Pekində İlham Əliyevlə GÖRÜŞDÜ - VİDEO

media-ads_728_90

Birinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Pekində olan Azərbaycan Prezidenti İlham Əliyev parad öncəsi iştirakçı dövlət başçıları ilə qeyri-rəsmi söhbətlər aparıb.

“TV1” xəbər verir ki, Azərbaycan Prezidenti dövlət başçısı həmkarları ilə ünsiyyətdə olarkən binaya Rusiya prezidenti Vladimir Putin daxil olub.

Parad başlamazdan əvvəl Pekindəki Tiananmen meydanında Azərbaycan və Rusiya liderlərinin qeyri-rəsmi formatda təmasları olub. Belə ki, otağa daxil olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə və xanımı Mehriban Əliyeva ilə salamlaşıb.

Onlar salamlaşdıqdan sonra digər dövlət başçıları ilə ünsiyyətə davam ediblər.

media-ads_728_90
Paylaş