Xankəndi, Şuşa və Xocalıda xeyli silah-sursat tapılıb
Xankəndi şəhəri ərazisindən 17-24 avqust tarixlərində 26 avtomat, 44 qumbara tapılıb.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, həmin silah və sursatlar 26 avtomat, 4 tapança, 7 tüfəng, 44 qumbara, 19 alışdırıcı, 2 nişangah, 2 görmə cihazı 2 mərmi, 1 trotil, 3 süngü-bıçaq, 65 patron darağı, 2275 ədəd müxtəlif çaplı patronlar olub.
Həmçinin Şuşa şəhəri ərazisindən 1 tapança, 1 mərmi, 3 qumbara, 2 alışdırıcı, 4 patron darağı, 125 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 2 avtomat silahı, 4 patron darağı və 174 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.