media-1200x100

Xırdalanda yaşayış binasında YANĞIN - Sakinlər təxliyə olunub/VİDEO

media-ads_728_90

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

media-ads_728_90
Paylaş