Xırdalanda iaşə obyektində güclü yanğın olub - 45 sakin təxliyə edilib - VİDEO
Ötən gecə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
“TV1” xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.
Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.
Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.