media-1200x100

Yasamalda çoxmərtəbəli binada yanğın başlayıb - Hərəkətə məhdudiyyət qoyulub

media-ads_728_90

Bakının Yasamal rayonu ərazisində çoxmərtəbəli binada yanğın başlayıb.

“TV1” xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Nazirliyin mətbuat xidmətinin mətbaut xidmətinin məlumatında bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Yanğınsöndürmə işləri həyata keçirilir.

 

media-ads_728_90
Paylaş