Yeni geomaqnit qasırğası DALĞASI
Günəşdə fəallığın artması səbəbi ilə 1 yanvarda geomaqnit qasırğası başlayıb və G4 (şiddətli qasırğa) səviyyəsinədək yüksəliib. Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bəbabərdir və kosmik hava aktivdir.
“TV1” xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, geomaqnit sahəsi – müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınları 08 yanvaradək təsir göstərəcək. Əlavə olaraq 06 yanvarda baş vermiş TKA-nın təsiri ilə gün ərzində G1-G2 səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.