Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir.
“TV1” xəbər verir ki, bu barədə Federasiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, yarışda Azərbaycanın 26 şəhər və rayonundan 45 şahmat təşkilatı təmsil olunur. Ümumilikdə olimpiadada 482 yeniyetmə iştirak edir.
Əsasnaməyə görə A qrupunda 2008-2013, B qrupunda isə 2014-cü il təvəllüdlü – 10 yaş və daha kiçik şahmatçılar mübarizə aparır.
Respublika Şahmat Olimpiadasına avqustun 15-də yekun vurulacaq.