Zavodda baş vermiş yanğınla bağlı araşdırma aparılır - MSN
Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.
“TV1” xəbər verir ki, bu barədə MSN-in məlumatında deyilir.
Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb. Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Bakının Nizami rayonunda yanğın hadisəsi olub. Hadisə Heydər Əliyev prospektində yerləşən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodun anbarında qeydə alınıb. Hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürülüb.