media-1200x100

20 il qüsursuz xidmət edən Daxili Qoşunlar və DSX hərbçilərinə mənzil verilməsi TƏKLİF OLUNDU

media-ads_728_90

“Hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıyıq”.

“TV1” xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir:

“Bizə DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir. Milli Məclisin qanunvericilik işlər planında 3 mühüm qanun layihəsi təqdim olunacaq. Bunlardan biri də “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsidir. Bu qanun layihəsi hazırlanarkən həm də “Silahlı Qüvvələr haqqında” qanuna və Hərbi xidmətkeçmə haqqında Əsasnaməyə diqqət yetirilməlidir. Qanunlara dəyişiklik edəndə anlaşmazlıqlar olmasın deyə, biz onlarla müqavilə imzalamalıyıq. Yəni hərbçi hərb peşəsini seçəndə bilməlidir ki, o, 20 xidmətdən sonra ona mənzil veriləcək, həyatını itirsə, ailəsi hansı sığorta pulunu alacaq, əməkhaqqısı necə indeksləşdiriləcək. Ona görə onlarla əmək müqaviləsinin bağlanması məsələsini qanunvericiliyə gətirsək, bu məsələlər öz həllini tapar”.

Deputat bildirib ki, real həyatda qanunların icrasına nəzarət mexanizmi yoxdur:

“Konstitusiyanın tərkib hissəsi olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 92-ci maddəsinə görə “Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər, burada söhbət həm də deputatlardan gedir) və müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir”. Amma biz, real həyatda görürük ki, faktiki surətdə qanunların icrasına nəzarət mexanizmi yoxdur. Ona görə də, bununla əlaqədar olaraq ayrıca qanun qəbul olunmalıdır. Məsələn Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsini götürək. Milli Məclisin daxili nizamnaməsinin 39-cu maddəsinə görə, ümumiyyətlə millət vəkillərinə dövlət və kommersiya sirri, yaxud qanunla qorunan başqa məxfi məlumatlar göndərilmir, verilmir. Belə olduğu halda məsələn biz komitə olaraq büdcə vəsaitlərinin xəsrclənməsinə necə nəzarət edə bilərik? İnkişaf etmiş başqa ölkələrdə silahların alınması, satışı, müdafiə və təhlükəsizlik xərclərinin necə istifadə olunması ilə bağlı müvafiq komitələrdə ciddi müzakirələr gedir və onların razılığı ilə bunlar həyata keçirilir. Hesab edirəm ki, dövlət idarəetməsində şəffaflığın artırılması, aparılan islahatlarda Prezidentə dəstək olmaq üçün belə bir qanunun qəbul olunmasına da ehtiyac var”.

media-ads_728_90
Paylaş