3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının YARIMFİNALINDA

media-ads_728_90

Bakıda güləş üzrə U-17 dünya çempionatına start verilib.

“TV1″ xəbər verir ki, ilk gündə Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb.

Ömər Salmanov (48 kiloqram), Orxan Həbibli (65 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) finala vəsiqə uğrunda güləşəcəklər. Onlar 1/4 finalda müvafiq olaraq, iranlı İsmaili Leivesi, özbəkistanlı Sardor Mahmudovu və türkiyəli Abdulhalik Balı məğlub ediblər.

Bu gün mübarizəyə qoşulan digər 2 güləşçimiz – Emin Baxşəliyev (110 kiloqram) təsnifatda, Qurban Məcnunov (55 kiloqram) isə 1/8 finalda uduzub.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

media-ads_728_90
Paylaş