Gəncədə hava limanından 10 min manatlıq qızıl oğurlanıb

media-ads_728_90

Gəncədə hava limanından sərnişinlərə məxsus çamadandan dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı Tahir Sayadov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çamadandan ümumi dəyəri 10 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Məhkəmənin qərarı ilə T.Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

media-ads_728_90
Paylaş