media-1200x100

Bakıda doğulmuş milyarder qadın korrupsiya ittihamı ilə üz-üzə

media-ads_728_90

Böyük Britaniya irimiqyaslı beynəlxalq korrupsiyada ittiham etdiyi müxtəlif dövlətlərin vətəndaşları olan səkkiz şəxsə qarşı sanksiyalar tətbiq edib.

“TV1” xəbər verir ki, sanksiya siyahısına daxil edilənlər arasında ukraynalı iş adamı Dmitri Firtaş və onun həyat yoldaşı Lada Firtaş, həmçinin Anqola və Rusiya vətəndaşı, milyard dollarlıq sərvətin sahibi İzabel duş Santuş və latviyalı biznesmen və siyasətçi Ayvars Lemberqs də var.

İzabel duş Santuş 38 il ərzində Anqolanın prezidenti olmuş Joze Eduardu duş Santuşun qızıdır. O, Afrikanın ilk qadın milyarderi sayılır. Anqolada ona qarşı korrupsiya ittihamı irəli sürülüb.

Qeyd edək ki, İzabel duş Santuş 1973-cü ildə Bakıda anadan olub. O, Bakıda Anqola inqilabçısı, MPLA fəalı Joze Eduardu duş Santuşun və Sovet (hazırda Britaniya-red.) vətəndaşı Tatyana Kukanovanın ailəsində dünyaya göz açıb. 1979-cu ildə valideynləri boşandıqdan sonra o, anası ilə Londonda yaşayıb və orada nüfuzlu King’s College-də oxuyub. İzabel təhsilini elektrik mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra Luandaya qayıdıb. Portuqal, rus, ingilis və fransız dillərində sərbəst danışan İzabel duş Santuş 2002-ci ildə konqolu tanınmış bankir sahibkarın və danimarkalı ananın oğlu olan Sindika Dokolo ilə ailə həyatı qururb. Bu evlilikdən onların üç övladı var. Dokolonun özü 29 oktyabr 2020-ci ildə Dubayda dənizdə dayvinq vaxtı boğulub.

Dmitri Firtaşın sanksiya siyahısına daxil edilməsinə səbəb odur ki, Britaniya rəsmilərinə görə, o, öz şirkətlərinə mədən lisenziyası almaq üçün məmurlara rüşvət verib, həmçinin Ukraynanın qaz nəqli sistemindən qeyri-qanuni gəlir əldə edib. Siyahıya Böyük Britaniyada yaşayan əlaqəli maliyyəçi Denis Qorbunenko da daxildir.

Latviyada korrupsiya ittihamı ilə 5 il həbs cəzasına məhkum edilmiş Ayvars Lemberqs Ventspils şəhərinin keçmiş meridir.

Keçən il Dmitri Firtaş Ukraynada xüsusilə böyük miqyasda əmlakın mənimsənilməsi və çirkli pulların yuyulması ilə bağlı cinayət işində şübhəli bilinib. Fırtaşın özü uzun müddətdir xaricdə yaşayır. ABŞ Hindistan rəsmilərinə rüşvət verməkdə şübhəli bilinərək onun Avstriyadan ekstradisiyasını tələb edir.

Hələlik bu iş üzrə qərar verilməyib. O, 2000-ci illərdə “Qazprom”la birlikdə Rusiya qazının Ukraynadan keçməklə Aİ ölkələrinə tranzitində vasitəçi kimi çıxış edən “RosUkrEnergo” şirkətini yaratmaqla geniş şöhrət qazanıb. Müxtəlif jurnalist araşdırmalarında o, Rusiya şirkətlərinin maraqlarından çıxış edən şəxs kimi fəaliyyət göstərib.

media-ads_728_90
Paylaş