media-1200x100

Gimnastlarımız Minskə gedir

media-ads_728_90

Belarusun paytaxtı Minskdə bədii gimnastika üzrə “Crystal Rose – Grand Prix – Helen Valery” beynəlxalq turniri keçiriləcək.

“TV1” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yarışda iştirak edəcək millimizin heyətini açıqlayıb.

Şəms Ağahüseynova böyüklər, Zəhra Cəfərova gənclər, Azadə Atakişiyeva və Nur Sadıqova yeniyetmələr arasında mübarizə aparacaq. Komandamız səfərə məşqçi Mədinə Zaxarovanın rəhbərliyi altında yollanacaq. Azərbaycanlı hakim Səbinə Hacıyeva turnirin ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, yarış iyulun 26-28-də keçiriləcək.

media-ads_728_90
Paylaş