“Qarabağ” Çempionlar Liqasında mübarizəyə BAŞLAYIR
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.
“TV1” xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə çıxacaq.
Qurban Qurbanovun komandası yerli “Linkoln”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. “Linkoln” – “Qarabağ”
Baş hakim: İştvan Vada
“Viktoriya” stadionu.